Millimizlə oyuna çağırılmayanlar narazı qaldılar
03.10.2011 - 15:24
Türkiyə millisinin Avro-2012-in seçmə mərhələsində Almaniya və Azərbaycanla rəsmi oyunlarına açıqlanan heyəti birmənalı qarşılanmayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qus Hiddinkin 28 nəfərlik ilkin siyahısına ötən ilin ölkə çempionu “Bursaspor”un heç bir futbolçusunun çağırılmamağı narazılıq doğurub.
Halbuki, komandanın 5 legioneri öz millərindən aldıqları dəvətlərə görə bu gün təlim-məşq toplanışına qatılıblar. Bursa təmsilçisindən Ozan İpək, Turqay Bahadır və Sərdar Əziz “ay-ulduzlu” formanı geymək istəyərək, dəvət almamaqları ilə bağlı üzüntülərini dilə gətiriblər.
Sol cinah oyunçusu olan Ozan seçimi anlamır: “Çox şey söyləməyəcəyəm. Onu deyə bilərəm ki, futbolçunun nəyə görə seçildiyini anlamıram. Bu mövzuda çox danışmağım doğru deyil, amma maraq edirəm”.
Sərdarla Turqay da millinin formasını daşımağı haqq etdiklərini və dəvət edilməməklərini başa düşmədiklərini söyləyiblər.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0