“Qarabağ” istirahətdə, 4 futbolçu məşq edir
03.10.2011 - 15:28
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən Ağdamın “Qarabağ” klubu futbolçularını istirahətə buraxıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov milli üzvlərinin yığmaların düşərgəsinə yollanmasından sonra legioner və digər yerlilərə istirahət etmək şansı yaradıb.
Buna baxmayaraq? “Qarabağ”ın 4 futbolçusu məşqlərə ara verməyi məqsədəuyğun saymayıb. Bu üzdən Zaur Həşimov, Maksim Medvedev, İlqar Qurbanov və Bəxtiyar Soltanov trenajorda çalışıblar.
Qeyd edək ki, “Qarabağ” milli futbolçularsız oktyabrın 5-də məşqlərə başlayacaq. Legionerlərə verilən 4 günlük icazə də elə həmin gün başa çatacaq.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0