“Bakı”nın futbolçuları yığmadan kənarlaşdırıldı
03.10.2011 - 15:37
“Bakı”nın futbolçuları yığmadan kənarlaşdırıldı
Moldova milli komandasının heyətində dəyişiklər baş verib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qabi Balint Avro-2012-in seçmə mərhələsində Hollandiya və San Marino yığmaları ilə rəsmi oyunlara açıqladığı heyətdən 3 futbolçunun adını çıxarıb.

Bunlardan 2-si “Bakı”nın müdafiəçiləri Aleksey Savinovla Vadim Borets olub. Sonuncu ailə problemlərinə görə onu millinin son oyunlarından azad etməyi xahiş edib və buna müsbət cavab alıb. Balintin bu qərarından sonra hazırda ölkəmizdə oynayan moldovalı futbolçulardan yığmanın düşərgəsinə qatılan olmayacaq.