Aleksandr Starkov: Bu 25, bu da 10
03.10.2011 - 16:13
Aleksandr Starkov: Bu 25, bu da 10
Azərbaycan Premyer Liqasının VIII turu “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 56 yaşlı latviyalı mütəxəssis AZAL-la qarşılaşmada 2 yubiley qeyd edib.

Bu ilin yanvarında “Bakı”nın “sükanı arxasına” keçən çalışdırıcı komandasını 25-ci matça çıxarıb. Bu oyunların 4-nü kubok, 21-ni çempionatda keçirən mütəxəssis yubileyi qələbə sevinci ilə qeyd edə bilməyib. Əvəzində AZAL Starkovu yubiley – 10-cu heç-heçə ilə barışmağa vadar edib.

Qeyd edək ki, 25 qarşılaşmada 7 qələbəsi olan Starkovun məğlubiyyətləri daha çox – 8-dir. Elə top fərqində də yetirmələri baş məşqçini sevindirməyib – 18:20.

Premyer Liqa, 2010/11132657-1212
Kubok, 2010/1142113-27
Premyer Liqa, 2011/1283328-612
 25710818-2031