“Neftçi” istirahətə yollandı
03.10.2011 - 16:26
“Neftçi”nin futbolçuları “Simurq” üzərində qələbədən sonra istirahətə buraxılıblar. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlarla bağlı yaranmış fasilə ilə əlaqədar “ağ-qaralar”ın oktyabrın 6-da bir araya gəlməsi nəzərdə tutulub. Həmin gün Azərbaycan yığması və U-21-in düşərgəsində olan futbolçular, eləcə də zədəlilər - Flavinyo və Rodriqinyodan başqa digərləri məşq prosesində iştirak edəcəklər.
Qeyd edək ki, “Neftçi” növbəti oyununu oktyabrın 16-da “İnter”ə qarşı keçirəcək.
Qeyd edək ki, “Neftçi” növbəti oyununu oktyabrın 16-da “İnter”ə qarşı keçirəcək.
0
0