Rauf Əliyev: Bu dəfə məhsuldar ötürməni başqası verər
03.10.2011 - 23:00
“Heç bir problem yoxdur. Ağrım yoxdur, məşqlərdə normal iştirak edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev deyib.
Oktyabrın 7-də Avstriya, 4 gün sonra isə Türkiyə ilə qarşılaşacaq milli komandamız təlim-məşq toplanışını davam etdirir. Təbii ki, son oyunlarda qazanılan uğurlu nəticələr yığmamızdan bunun davamını gətirməsini tələb edir.
Belçika və Qazaxıstanla oyunlarda qol vuran və qazanılan uğurlarda pay sahibi olan Rauf Əliyevin bir müddət əvvəl oynamamaq ehtimalı var idi. Lakin Türkiyədəki müayinənin ardından bunda problem qalmayıb. Futbolçu hətta ötən həftə “Turan”la görüşdə də forma geyinmək istəsə də, baş məşqçi ona imkan verməyib: “Əslində, “Turan”la oyunda iştirak edə bilərdim. Ancaq baş məşqçi razı olmadı. Daha doğrusu, riskə getmədi”.
Avstriya oyunu ilə bağlı danışan futbolçu xal qazanmaq haqda düşündüklərini deyib: “Xal qazanmaq üçün çıxacağıq. Ola bilsin, heç-heçə edək. Artıq komandada özünəinam var. Əlbəttə, 3 xal qazansaq, turnir cədvəlində də irəliləyərik”.
Son 2 oyunda rəqib qapısına yol tapan Əliyev bu seriyasını davam etdirmək niyyətindədir. Mahir Şükürovun yoxluğuna üzüldüyünü deyən forvard başqa futbolçunun onu layiqincə əvəzləyəcəyinə inanır: “Mahir oynasa, daha yaxşı olardı. Ola bilsin, bu dəfə məhsuldar ötürməni başqası verdi, mən də qol vurdum. Özüm də özümə şans yarada bilərəm”.

0
0