“Biz baş məşqçi deyil, Azərbaycan haqda düşünürük”
04.10.2011 - 16:44
“Biz baş məşqçi deyil, Azərbaycan haqda düşünürük”
“Əlbəttə ki, yığmanın baş məşqçi postuna Marsel Kollerin təyin olunması bizim üçün də gözlənilməz oldu. Ən azı ona görə ki, onun adı mətbuatda göstərilən namizədlər sırasında hallanmırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya milli komandasının futbolçusu Zlatko Yunuzoviç deyib.

Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 7-də Bakıda baş tutacaq qarşılaşmasında Azərbaycan millisinə qarşı oynayacaq 24 yaşlı yarımmüdafiəçi Avstriya yığmasındakı baş məşqçi təyinatına münasibət bildirib. O, isveçrəli Marsel Kollerin DÇ-2014-ün seçmə mərhələsində iş başında olacağını gözləmədiyini etiraf edib: “Gözləyək, görək necə olur. Rəsmi təqdimatdan sonra onu bizimlə görüşündə biləcəyik ki, təəssüratlar necə olacaq. O, Almaniya Bundesliqasında çalışıb. Bu isə o deməkdir ki, Koller savadlı məşqçidir. Əslində, biz indi bu haqda deyil, yığmanın Azərbaycan və Qazaxıstanla qarşıdakı 2 oyunu haqda düşünürük. Fikrimizi buna cəmləmişik. Yalnız bu haqda düşünürük. Baş məşqçi məsələsi isə federasiyalıqdır”.

Qeyd edək ki, Avstriya yığmasını qarşıdakı 2 oyuna idman direktoru Villi Ruttensteyner çıxaracaq və yalnız bundan sonra Koller işə başlayacaq.