“Avstriya yığmasının yeni baş məşqçisi pis ola bilməz”
04.10.2011 - 17:14
Avstriya millisinin futbolçusu Pol Şarner baş məşqçi postunda dəyişikliyə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, oktyabrın 7-də Azərbaycanla Avro-2012-in seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da görüşün iştirakçısı olacaq İngiltərənin “Vest Bromviç” klubunun 31 yaşlı yarımmüdafiəçisi rəsmən təqdimatı olan Marsel Kollerin təyinatını gözləmədiyini bildirib.
İstənilən halda, Şarner bu mütəxəssislə uğur qazanacaqlarına inanır: “Mən bu təyinat haqda yalnız mətbuatdan xəbər tutdum. Bilirəm ki, İsveçrədəndir və həm orada, Almaniyada məşqçilik işi uğurlu alınıb. Uğurlu məşqçi sayılır. Hər halda, çempionatda bir neçə titul qazanan pis məşqçi, insan ola bilməz Ancaq Kollerin təyinatını eşitdikdə çox təəccübləndik, çünki son həftələrdə mətbuatda onun adı hallanmırdı”.
Qeyd edək ki, son yeri Almaniyanın “Bohum” klubu olan Kollerlə 3 illik müqavilə imzalanıb. O, Avstriya yığmasının baş məşqçi postunu komandanı Bakıda meydana çıxaracaq Villi Ruttenştaynerin cari seçmə mərhələnin sonunda təhvil alacaq.

0
0