Rəşad Sadıqov: 3-4 xal super, 2 xal əladı
04.10.2011 - 23:02
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Milli komanda Avro-2012-nin seçmə mərhələsinin son oyunlarına hazırlaşır. Kapitan toplanışı necə dəyərləndirərdi: Düşərgədə ab-hava, futbolçuların əhval-ruhiyyəsi necədir?
- Yaxşıdır. Komanda həvəslə məşq edir. Avstriya ilə görüşə ciddi hazırlaşırıq. Boşalmaq olmaz, çünki bizi qarşıda çətin sınaq gözləyir. Bundan sonra Türkiyə ilə səfər oyunu haqda danışmaq olar.
- Yəni, Belçika və Qazaxıstanla görüşlərdə qazanılan 4 xal bizi qətiyyən arxayınlaşdırmamalıdır?
- Əlbəttə, yaxşı nəticədən sonra idmançılarda, hər bir idman növündə bir az rahatlaşma olur. Ancaq qəti rahatlaşmağa dəyməz. Çünki Avstriya yığması ilə oynayırıq, onlarda baş məşqçi dəyişikliyi olub. Bilirəm ki, kapitanları köhnə çalışdırıcı ilə yola getmirdi. İndi həmin futbolçunu milliyə qaytarıblar. Onlar da yaxşı əhval-ruhiyyədə oynayacaqlar, özlərini sübut etməyə çalışacaqlar.
- Rəqibin durumu heç də yaxşı deyil. Son 2 oyunu gözləmədən istefa verən baş məşqçi Didi Konsantinin yerinə müvəqqəti təyin olunan Villi Ruttenştayner federasiyada idman direktoru postunu tutur. O, zədə üzündən Bakıdakı oyunda 5 futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Bu problemlər uğurlu nəticə baxımından xeyrimizə ola bilər?
- Belə vəziyyət bəzən komandanın xeyrinə, bəzən də ziyanına olur. Misal üçün, avqustda evdəki Makedoniya ilə görüşü götürək. Onlar da baş məşqçi əvəzi ilə gəlmişdilər, 5-6 gənc futbolçu ilə meydana çıxdılar. Ancaq buna baxmayaraq, nəticəni istədiyimiz kimi öz tərəfimə dəyişə bilmədik və 0:1 hesabı ilə uduzduq. Buna görə də qətiyyən belə şeylərə fikir verməməliyik. Avstriya yığmasının Türkiyə ilə oyununu izləmişdim. Onlar çox təhlükəli futbolçuları var və buna görə də qəti boşalmamalıyıq.
- Boşalmamaq üçün ilk növbədə nə etməlisiniz?
- Mən boşalmağı elə-belə deyirəm. İnanmıram ki, bu, olsun. Biz elə səviyyəyə çatmamışıq ki, Avstriya ilə oyuna arxayın çıxaq.
- Avstriyaya qalib gəlsək 10 xal yığacağıq ki, bu da bizim üçün çox uğurlu nəticə, yeni rekord olacaq. Razılaşın ki, belə şansı əldən buraxmaq olmaz. Həm də Avstriya yığması indi elə güclü səviyyədə deyil ki, qələbənin mümkünsüzlüyündən danışaq...
- Mən mümkünsüz sözünü işlətmədim. Belə bir fikir də demədim. Sadəcə, mütləq qələbə qazanmalıyıq deyə üzərlərinə atılaq - bu, səhv fikir olar. Təmkinli, səbirli öz oyunumuzu oynamalıyıq və rəqibin səhvlərini gözləməliyik. Çünki Avstriya yığmasının heyətində usta futbolçular çoxdur və dərhal bizi cəzalandıra bilərlər. Hesabda geri düşəndən sonra isə oyunu dəyişmək çətin olacaq.
- Hesab edirsiniz ki, son ev oyununda heç-heçə də qənaətbəxşdir?
- Qalib gəlməyi istəsək ki, fikirləşirəm ki, heç-heçə də bizim üçün yaxşı nəticə olacaq. Çünki ev oyunlarında qrup liderimiz Almaniyadan başqa heç kimə məğlub olmamışıq. Ən azından buna nail olmağa və maksimum çalışıb, qalib gəlməyə səy göstərmək lazımdır. Bunun üçün ağıllı oyun seçmək lazımdır.
- Digər tərəfdən, qalib gəlsək Avstriyanı turnir cədvəlində qabaqlayıb, 4-cü pilləyə yüksələcəyik. Bu amil millimizə böyük stimul verməlidir...
- Bunu hamımız bilirik. Özümüzü yükləməyək ki, hökmən qələbə qazanmaq lazımdır. Belə olan halda, bir də görürsən ki, acınacaqlı məğlubiyyətlə qarşılaşırsan. Allahın köməyi ilə oyuna təmkinli, səbirli hazırlaşaq, sonda qələbə qazanarıq.
- İlk dəfə seçmə mərhələ oyunumuzu süni örtüklü meydançada keçirəcəyik. Buna qədər elə Makedoniya ilə “Dalğa Arena”da görüşsək ki, bu yoldaşlıq matçı idi. Necə düşürsünüz, görüşün təbii qazonda keçirilməməyi, oyuna nəticəyə, əhval-ruhiyyəyə təsir göstərə bilərmi?
- Düşünmürəm ki, bir o qədər təsiri olsun. Ancaq təbii ki, əhval-ruhiyyəyə təsiri olacaq. “Dalğa Arena”dakı meydança düzdür. Bilirsiniz ki, meydançalarımız çox bərbad vəziyyətdədir. Nə məşq etməyə, ustalığını artırmamağa, nə də çatışmayan cəhətlərin üzərində işləməyə imkan, şərait var. Amma indi məşq etdiyimiz yaxşı, son səviyyədən olan ot örtüyüdür. Həvəslə məşq edirik, texniki, taktiki hazırlıq üzərində işləyirik. Ola bilər ki, meydança əhval-ruhiyyəyə yaxşı mənada təsir eləsin.
- Yeri gəlmişkən, bu meydançada son oyununuz uğurlu alındı. Çıxış etdiyiniz “Qarabağ”ın ötən turda “Turan” üzərində 3:1 hesablı qələbəsini nəzərdə tuturuq. Həmin görüşdə qol vuraraq, il yarımlıq fasilədən sonra çempionatımızda fərqləndiniz...
- Elədir. Qismətdəndir ki, son oyunlarımızı bu meydançadakı süni örtükdə keçiririk. Bu, yaxşı oldu. Çempionatda həm AZAL, həm də “Turan”la burada görüşdük. Çünki birdən-birə süni ot örtüyünə keçəndə bədənin bəzi hissələri ağrımağa başlayır, köhnə zədələr özünü göstərir və uyğunlaşmağa vaxt lazım olur. Görək də, yaxşı olmağı üçün əlimizdən gələni edəcəyik.
- Rəqiblə yanaşı, millimizin də heyətində itkilər var. “Qarabağ”dakı komanda yoldaşlarınız Əfran İsmayılovla Rauf Əliyev son vaxtlar zədədən əziyyət çəkirlər. Düşərgədə olan bu futbolçular qarşıdakı oyunlarda özlərini göstərə biləcəklər?
- Hər ikisi canla-başla məşq edir. Hamı bilir ki, maksimal məşq etmək üçün 2-3 gün vaxt lazımdır. Ancaq buna baxmayaraq, Raufla Əfran milli komanda ilə birgə maksimum çalışırlar. Özləri də canfəşanlıq edirlər. Görək məşqçilər korpusu şans verəcəkmi... Rauf xəstələnib. Soyuq dəyib, qızdırması var, məşqi buraxdı. Bu, çox pis oldu. Çünki onsuz da uzun fasilədir komanda ilə bir yerdə məşq etmirdi. Amma Əfranın vəziyyəti yaxşıdır, qaçır, məşq edir, mübarizə aparır.
- 2 oyuna hansı nəticəyə ümid edirsiniz? Sizcə, neçə xal qənaətbəxş sayırsınız?
- 3-4 xal qazansaq, super olar. Ancaq 2 xal da əla olardı.
- Türkiyə yığması ilə ötən il oyun öncəsi ssenari demək olar təkrarlanır. Onlar da 2 oyuna 4 xaldan danışırlar. Yəni, Almaniya ilə görüşdə heç-heçəyə ümidlidirlər, bizimlə oyunda isə 3 xalı artıq “ciblərində sayırlar”. Qardaş ölkənin təmsilçisini 1 il öncə Bakıda sizin qələbə topunuzla cəzalandıra bildik. Yenə buna nail ola bilərik?
- İlk növbədə Türkiyənin əvvəlcə Almaniya ilə oynamağı bizim xeyrimizədir. Çünki bütün fikirləri həmin görüşə yönələcəklər və bizimlə oyuna konsentrasiya olmağa az vaxtları olacaq. İstərdik ki, Türkiyə qrupdan çıxsın. Ancaq heç kimə güzəştə getmək fikrimiz yoxdur. Hətta rəqib Türkiyə, bizdən asılı rəqib olsa belə. Bu, futboldur və biz Azərbaycan bayrağı altında mübarizə aparırıq. Demirəm ki, biz Türkiyə ilə heç-heçə oynayacağıq, qələbə qazanacağıq. Ancaq təslim olmayacağıq və mübarizəmizi aparacağıq. İnşallah, bunu oyunda onlara göstərəcəyik.
- 2 oyuna 2 xal deyəndə Türkiyə ilə görüşdə heç-heçəyə ümid etdiyinizi nümayiş etdirirsiniz. Ancaq onu da yaxşı bilərsiniz ki, İstanbulda güclü azarkeş dəstəyi altında oynamaq, nəticə qazanmaq rəqib komanda üçün çox çətindir. Bu mənada biz həmin psixoloji baryeri aşa bilərikmi?
- Azarkeş baryerini aşmaq çox çətin olacaq. Təbii ki, bunun təsiri olsa da, oyunun gedişində vəziyyət dəyişəcək. Tezliklə, ilk dəqiqələrdən sonra irəli atılmaq lazım gələcək.
- Bu, faktdır ki, Türkiyədə ən çox tanınan azərbaycanlı futbolçu sizsiniz. 3 dəfə bu ölkənin Superliqa təmsilçisində oynamısınız, onlara qollar vurmusunuz. 1 illik fasilədən sonra yenidən Türkiyə publikası qarşısında oynamağa özünüzü xüsusi şəkildə kökləyəcəksinizmi?
- İndi Türkiyə ilə oyun haqda qəti fikirləşmirəm. Çünki bilirəm ki, ilk növbədə Avstriya ilə görüşürük və həmin oyunda 3 xal qazansaq, bu, bizim üçün fantastik nəticədir. Başa düşürəm ki, növbəti ev oyunu bizim üçün daha önəmli matçdır. Türkiyədən xalla ayrılmaq daha çətin olacaq. Bu görüşdə özümü yaxşı, pis tərəfdən göstərmək mənim üçün maraqlı deyil. Bugünkü gündə mənim üçün maraqlı olan Avstriya ilə oyundan ayrılacağımız 3 xaldır. İnşallah, buna nail olarıq.
Mehman SÜLEYMANOV

0
0