Rəşad Sadıqov: Berti Foqts millidə qalsa yaxşıdır
04.10.2011 - 20:02
Rəşad Sadıqov: Berti Foqts millidə qalsa yaxşıdır
“Şəxsən mənə bu insanın rəhbərliyi altında oynamaq xoşdur”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.

Milli komandamızın baş məşqçi Berti Foqtsun rəhbərliyi altında oynamasından razı qaldığını bildirən Sadıqovun fikrincə, AFFA almaniyalı mütəxəssislə işbirliyini davam etdirsə yaxşıdır: “Özünüz də görürsünüz ki, daim oynayıram, daim mənə şans verir. Mən də özümü ən yaxşı tərəfdən göstərə bilməyə çalışıram. Bu, həmişə alınmasa da, səy göstərirəm. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun və Foqts yığmamızda karyerasını davam etdirsin”.