Berti Foqts mətbuat konfransına gəlməyəcək?
04.10.2011 - 18:13
Berti Foqts mətbuat konfransına gəlməyəcək?
Oktyabrın 7-də Bakıda Avstriya millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının üzvlərinin mətbuat konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, görüşdən 1 gün öncə “Sheraton” Hava Limanı otelində KİV nümayəndələrini maraqlandıran suallara cavab veriləcək. Amma konfransa baş məşqçi Berti Foqtsun qatılıb-qatılmayacağı, elə də hansı futbolçunun gələcəyi məlum deyil.

Mətbuat konfransı saat 12:30-da başlayacaq.