“Foqts hazırlığımdan razı qaldığını deyir, amma rəsmi oyunlara çağırmır”
04.10.2011 - 23:01
“Düşünürəm ki, “İnter”lə oyundakı məğlubiyyət xeyrimizə oldu. Bu, bir növ komandanı ayıltdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev deyib.
Cari mövsümdə turnir cədvəlinə başçılıq edən və əzəli rəqibləri üçün əlçatmaz olan “Xəzər Lənkəran” çempionluq uğrunda sona qədər mübarizə aparacaq. Ötən il gümüş medal və ölkə kubokunu qazanan əyalət təmsilçisi bu il qızılı boynuna asmaq istəyir. Bunun üçün də yarımmüdafiəçi son yenilgidən ciddi nəticə çıxarmağın vacib olduğunu qeyd edib: “Elə yerdə məğlub ola bilərdik ki, bütün zəhmətimiz hədər gedərdi. Belə səhvlərə yol vermək olmaz. Növbəti oyunlara daha ciddi hazırlaşacağıq. Həm də çempionatdakı bütün komandaları uda bilmərik ki”.
Bu arada futbolçudan cari çempionatdakı oyununu dəyərləndirməsini də istədik. Çünki bir ara baş məşqçi Mirça Rednik ondan narazı olduğunu ifadə etmişdi: “Baş məşqçinin haqqımda dediklərinə hörmətlə yanaşıram. “Rəvan”la oyundan sonra söhbət etdik və problem yoluna qoyuldu. Oyunuma gəldikdə, mən həmin Elnur Abdullayevəm. Ötən oyunda qol vurduqdan sonra hamı əla oynadığımı deyirdi. Ancaq qol vurmaqla futbolçunun formada olub-olmadığını demək olmaz”.
Bir neçə görüşdə ehtiyatda qalmasına da aydınlıq gətirən Abdullayev belə şeylərə fikir vermədiyini deyib: “Heyəti baş məşqçi qurur. Mən peşəkar futbolçuyam. Məşqlərimi davam etdirirəm, şans veriləndə isə çıxıb oynayıram”.
Yığma haqda da danışan orta xətt oyunçusu özü üçün aydınlaşdıra bilmədiyi məqamların olduğunu vurğulayıb: “Açığı niyə dəvət almadığımın səbəbini bilmirəm. Baş məşqçi Berti Foqts toplanışa dəvət edir, hazırlığımdan razı qaldığını deyir, amma rəsmi oyunlara dəvət göndərmir”.

0
0