Jaba: Pulum var, gedib başqa yerdə də yaşayaram
04.10.2011 - 23:03
“Mən oynamağa hazıram. Baş məşqçinin nə vaxt şans verəcəyini gözləyirəm”. Bu sözləri apasport.az saytına “Bakı”nın hücumçusu Jaba deyib.
Çempionatın startından sonra “Bakı”ya dönən, amma formada olmadığına görə əvəzedici komandaya göndərilən braziliyalı forvard 2 həftəyə əsas heyətə geri dönəcəyini deyirdi. Lakin 3 həftə arxada qalmasına baxmayaraq, baş məşqçi Aleksandr Starkov ona şans verməyib. Bəs görəsən, problem nə ilə bağlıdır?
Futbolçu oynamağa hazır olduğunu və baş məşqçinin qərarını gözlədiyini bildirib: “Onunla yeni gələndə söhbətimiz oldu. Baş məşqçi 3 həftə əvəzedici komandada oynamağımı və bu müddət ərzində fiziki formamı bərpa etməyimi tapşırmışdı. Ehtiyat komandada 2 oyun keçirdim. Artıq əsas heyətdə meydana çıxmağa tam hazıram. Niyə oynamamağımın səbəbini məndən yox, Aleksandr Starkovdan soruşun. Çünki heyəti məşqçi müəyyənləşdirir”.
Baş məşqçi ilə aralarında problemin olması barədə yayılan xəbərləri təkzib edən Jaba artıq ailəsini də ölkəmizə gətirib: “Baş məşqçi ilə problemim varsa, niyə burdayam? Pulum var, gedib, başqa yerdə də yaşayaram. Sadəcə ailə ilə bağlı problemlərim var idi. Artıq onlar bu gün Braziliyadan bura gələcəklər. İndi qalır oynamaq”.

0
0