“Bir futbolçunun yoxluğu Azərbaycan yığması üçün faciəyə çevrilir”
04.10.2011 - 23:07
“Millimizin son 2 oyunu xallarla bitirmək imkanı var. Komandamız xüsusən də oktyabrın 7-də Avstriyaya qarşı keçirəcəyi oyunu qələbə ilə başa vura bilər. Mən Belçika futbolunu Avstriya futbolundan üstün hesab edirəm. Əgər Azərbaycan millisi Belçikadan xal alırsa, Avstriyanı məğlub edəcək. Türkiyəyə qarşı keçiriləcək oyunla bağlı isə proqnoz vermək istəmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, Gəncənin “Kəpəz” klubunun məşqçisi Vidadi Rzayev deyib.
Uzun müddət milli komandanı formasını geyinmiş veteran yarımmüdafiəçi Mahir Şükürovun yoxluğunu ciddi itki hesab edir. Onun fikrincə, Azərbaycanda hələ də yetərincə ehtiyat qüvvəsi yoxdur: “Azərbaycanda bəzən bir futbolçunun yoxluğu faciəyə gətirib çıxarır. Mahir Azərbaycan yığması üçün lazımlı futbolçudur. Şükürovun yoxluğu Azərbaycan yığması üçün böyük itkidir, amma nə etmək olar... Yəqin ki, Foqts onun üçün alternativ tapacaq”
Qeyd edək ki, 1992-2001-ci illər aralığında Azərbaycan millisinin heyətində 35 oyun keçirən Rzayev 5 dəfə fərqlənib.

0
0