Avstriya yığmasının açıq məşqinin vaxtı müəyyənləşib
05.10.2011 - 09:00
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriya yığmasının Bakıda keçirəcəyi açıq məşqin və mətbuat konfransının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qonaqların oktyabrın 6-da, saat 21:30-da, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da Avstriya yığmasının oyunqabağı mətbuat konfransına çıxacaq. Bundan yarım saat sonra isə həmin stadionda ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq məşq keçiriləcək.
Qeyd edək ki, Azərbaycan – Avstriya oyunu oktyabrın 7-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan – Avstriya oyunu oktyabrın 7-də baş tutacaq.
0
0