Advokat Səmədovun xarakterini dəyişmək fikrində deyil
05.10.2011 - 09:19
Advokat Səmədovun xarakterini dəyişmək fikrində deyil
“Səmədovun heç bir problemi yoxdur. O, yığmada çox futbolçularla tanışdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının baş məşqçisi Dik Advokat deyib. Hollandiyalı mütəxəssis əslən Azərbaycandan olan futbolçunu Avro-2012-in seçmə mərhələsində Slovakiya və Andorra yığmaları ilə oyunlara çağırmaqla, onun millimizdən oynamaq şansının üstündən birdəfəlik xətt çəkdi. Slovakiyaya apardığı Səmədovun hazırlığına qiymət verən Advokat yarımmüdafiəçinin çətin xarakterindən narahat deyil: “Biz onunla hələ ünsiyyət qurmamışıq. Yalnız bir-birimizlə salamlaşmışıq. Deyirsiniz, Səmədovun çətin xarakteri var? İnsanların xarakterini dəyişmək mənim işim deyil”.

Qeyd edək ki, rus həmkarlarımızın yazdığına görə, Moskva “Dinamo”sunda əla mövsüm keçirən soydaşımız özünü debütant kimi aparmır. Aleksandr yığmada özünü elə aparır ki, sanki 100 ildir komandadır.