Türkiyə yığması 3 yerə parçalandı
05.10.2011 - 09:30
Türkiyə yığması 3 yerə parçalandı
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Türkiyə yığması qrupdakı son 2 oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Qus Hiddinkin yetirmələri oktyabrın 7-də Azərbaycan, 4 gün sonra Almaniya ilə keçiriləcək görüşlərə tam heyətlə hazırlaşa bilmir.

Belə ki, FiYapı İnönü stadionunda baş tutan son məşqdə futbolçular 3 yerə bölünüb. Komandanın əsas üzvləri Volkan Dəmirəl və Burak Yılmaz fərdi qaçışla kifayətləniblər. “Beşiktaş”ın üzvləri və Səlcuq İnan isə ü ayrılıqda bərpa xarakteri daşıyan məşq ediblər. Hazırlığı Türkiyə Futbol Federasiyasının rəsmisi Göksəl Gümüşdağ da izləyib.