Yığmamızın son oyunu canlı yayımda
05.10.2011 - 10:00
Yığmamızın son oyunu canlı yayımda
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Bosniya və Herseqovina oyunu affatv.az saytında azarkeşlərə nümayiş olunacaq. Saat 16:00-da başlayacaq qarşılaşma AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da baş tutacaq.

Qeyd edək ki, III turun İspaniya – Ukrayna matçı da eyni vaxtda başladığından bu oyun canlı yayımlanmayacaq.