“Neftçi” Əhməd Ələsgərova təbrik teleqramı göndərdi
05.10.2011 - 10:51
Bu gün “Neftçi”nin və Azərbaycan milli komandasının sabiq baş məşqçisi Əhməd Ələsgərovun ad günüdür. Apasport.az saytının məlumatına görə, məşhur futbol mütəxəssislərimizdən birinin 76 yaşı tamam olur.
“Neftçi” bu münasibətlə uzun illərdir Ukraynanın Odessa şəhərində yaşayan səbəbkara, həmçinin Ukrayna Futbol Federasiyasına və Odessa İdman Komitəsinə təbrik teleqramı göndərib. Teleqramda Ələsgərovun Azərbaycan futboluna, xüsusilə də "Neftçi"yə qazandırdığı uğurlar göstərilib, məşqçiyə can sağlığı arzulanıb.
Qeyd edək ki, “Neftçi” SSRİ dövründə yeganə nəticəsini – 1966-cı ildə çempionatın bürünc medalını Ələsgərovun rəhbərliyi altında qazanıb. “Ağ-qaralar” 1992-ci ildə bu mütəxəssislə ilk milli çempionatımızın qalibi olub. Ələsgərov 1998-2000-ci illərdə də “Neftçi”ni çalışdırıb, komandaya Azərbaycan kubokunu qazandırıb.

0
0