“Qarabağ” 10 nəfərlə qaldı
05.10.2011 - 10:58
“Qarabağ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründəki istirahətinə son verib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri artıq məşqlərə başlayıb.
“Turan”la Premyer Liqanın VIII turunun oyunundan sonra futbolçulara verilən 4 günlük istirahət başa çatıb. Bu gündən məşqlərə start verən komanda milli oyunçuları olmadan hazırlıq keçir. Hazırda komandanın sırasında cəmi 10 futbolçu var.
Legioner futbolçular Bojan Pavloviç, Georgi Adamiya, Nderim Nedzipi, Leonardo Roşa geri dönüb. Admir Teli isə Albaniya millisinin düşərgəsindədir. Cəzalı olduğuna görə millisinə qoşulmayan Ansi Aqolli isə bu gün Bakıya dönəcək.
Baş məşqçi Qurban Qurbanov da komandasından ayrı düşüb. O, “Pro” kateqoriyalı kurslarda iştirak etdiyi üçün komandaya onun köməkçisi Elçin Rəhmanov nəzarət edir.

0
0