Messi ittihamlara cavab verdi
05.10.2011 - 11:15
Messi ittihamlara cavab verdi
Dünyanın ən yaxşı futbolçusu Lionel Messi onu tənqid edənlərin cavabını verib. Apasport.az saytının məlumatına görə, hamı “Barselona”nın argentinalı hücumçusunun yığmada inamsız oyunundan narazıdır.

Messi isə bildirib ki, oyunu təkbaşına udmağa qadir deyil: “Futbolda heç kim təkbaşına qalib gələ bilməz. Bu, mübahisə olunmaz faktdır. Fərqi yoxdur meydana hansı komanda çıxır: “Barselona”, Argentina yığması və ya digəri. Əsas məsələ komandanın vahid mexanizm kimi hərəkət etməyidir”.

Qeyd edək ki, Lionelin yığmada yeganə uğuru 2008-ci ildə Pekin Olimpiadasının qalibi olmağıdır.