Elnur Allahverdiyev: Onlar bizim düşmənimizdir - MÜSAHİBƏ
05.10.2011 - 11:33
Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi
- Premyer Liqanın VIII turundan sonra milli komanda yenidən bir araya gəlib. Düşərgədə ümumi atmosfer necədir?
- Bizi oktyabrın 7-də Avstriya ilə çətin oyun gözləyir. Çox ciddi hazırlaşırıq. Bilirik ki, son 2 oyundan sonra azarkeşlərimiz bizdən yenə qələbə gözləyir. Bəslənilən ümidləri doğruldub, Azərbaycan xalqına qələbə bəxş etmək arzusundayıq. Yaxşı nəticəni baxımlı oyunla əldə etmək istəyirik. Bütün komanda buna köklənib.
- Azərbaycan və Avstriya yığmalarını müqayisə edəndə, nə kimi fərqlər meydana çıxır?
- Avstriya millisinin bütün üzvləri Avropanın aparıcı çempionatlarında oynayırlar, biz isə daxili çempionatda çıxış edirik. Təbii ki, belə bir məqamda səviyyə heç vaxt eyni ola bilməz. Amma evdə oynamaq bizim üstünlüyümüz sayıla bilər. Biz də özümüzə hörmət qoyuruq. Biz də futbolçuyuq, onlar da. Fikrimcə, həm bizim, həm də Avstriya milli komandasının tərkibində çox sayda gənc futbolçu var. Bizdən üstün olmalarına baxmayaraq, çalışacağıq ki, qələbə qazanaq. Avstriya ilə oyundan sonra isə fikrimizi Türkiyə ilə səfər matçına yönəldəcəyik.
- Səviyyə fərqini özünüz qabartınız. Almaniya və ya İspaniya yığmalarına qarşı oynayanda, rəqib futbolçularından çəkindiyiniz anlar olubmu?
- Sözsüz ki, səviyyə fərqi var. Onlar istər-istəməz yüksək səviyyəli məşqlər keçirlər. Elə terminlər var ki, biz hələ də bu mərhələyə gələ bilməmişik. Həmin futbolçuların harada çıxış etməsindən asılı olmayaraq, biz nə Avstriyadan, nə də Almaniyadan çəkinirik. Şəxsən mən heç vaxt meydançada özümü əskik tutmamışam. Fərqi yoxdur ki, kim haradan gəlib. Əsas məsələ mübarizə aparmaq, oynamaq və güclü olmaqdır.
- Sizdə mübarizə əzminin olması çoxlarına məlumdur. Maraqlıdır, yığmanın bütün futbolçuları bu arzuda-istəkdə köklənə bilirmi?
- Məncə, hər bir Azərbaycan oğlu eyni fikirdə olmalıdır. İnanmıram ki, rəqibdən kimsə çəkinsin. Avstriya bizim rəqibimizdir, meydançaya çıxanda elə başa düşürəm ki, onlar bizim düşmənimizdir. Əgər mən onunla döyüşə çıxıb, onu məğlub eləmək istəyirəmsə, rəqibə mütləq düşmən gözü ilə baxmalıyam. İnanmıram ki, düşmənin və ya rəqibin qabağından çəkilən insan olsun. Əgər hamının fikri eyni olsa, hamı bu əngəli aşmağa çalışsa, biz qələbə qazanacağıq.
- Meydança və azarkeş amilin bir kənara qoysaq, Avstriya üzərində nəsə bir üstünlüyümüz qalırmı?
- Azərbaycan milli komandasında həmişə yüksək, döyüşkən ruh olub. Əgər biz kollektiv şəkilində mübarizə aparsaq, bu, Avstriya qarşısında ən böyük üstünlüyümüz olacaq. Döyüşmək bizim ən böyük silahımızdır.
- Bildiyimizə görə, Rauf Əliyev və Əfran İsmayılovla aranızda olan problem artıq aradan qalxıb. Bu, hansı şəraitdə baş tutdu?
- Onlarla oturub söhbət eləmişik. İndi hər şey qaydasındadır. Futbolda bəzən elə hallar olur ki, bunu heç bir tərəf arzulamır. Onlar elə başa düşdülər ki, mən bu hərəkəti qəsdən eləmişəm. İnsandır, hər şey fikirləşə bilər. Amma nə fikirləşmələrindən asılı olmayaraq, onlar mənin canım-ciyərimdir. Əlavə edim ki, biz millidən başqa əl-ələ verib “Qarabağ”ın uğurları üçün də çalışmışıq. Mən heç vaxt kimisə qəsdən vurmaram. İdmanda, mübarizədə bəzən sərt oyunlar bilərəkdən edilən hərəkət kimi qəbul olunur. Həyatda hər şey olur, sabah məni də vura bilərlər.
- Milli komanda ilə yanaşı, “Xəzər Lənkəran”ın da əsas futbolçularından biri hesab olunursunuz. Çempionatın əsas favoritlərindən sayılan komandanızın sonuncu turdakı məğlubiyyətini nə ilə əlaqələndirirsiniz?
- Əlbəttə ki, biz hər zaman uğurlu nəticə barədə düşünürük. Məncə, sonuncu oyundakı məğlubiyyətin səbəbi yorğunluqdur. Futbolçularda bir az yorğunluq hiss olunurdu. Bizim futbolçuların oyunları alınmırdı. Əvəzində rəqib futbolçunun zərbəsi çərçivəyə düşdü.
- İndi “Xəzər Lənkəran” yaxşı mənada gündəmə gətirilir. İstər məşqçilər, istərsə də futbol veteranları cənub klubunu çempionluğun əsas namizədi hesab edirlər. Bu, futbolçulara necə təsir göstərir?
- Biz peşəkarıq. Əgər belə şeylərə fikir versək, məşqlərə qatılmağa, oyunlara çıxmağa dəyməz. İnanmıram ki, komandanın hər hansı bir üzvü bundan xoşhallanıb, mübarizədən qopsun. Bizi qarşıda daha yaxşı oyunlar gözləyir. Amma “İnter”ə məğlubiyyətdən dərs çıxarmalıyıq, böyük dərs.
- Həm yığma, həm də milli komandada əcnəbi məşqçinin rəhbərliyi altında oynayırsınız. Mirça Rednik və Berti Foqtsu birləşdirən amil varmı?
- Hər ikisi Avropa səviyyəli futbol adamıdır. Foqts və Rednik eyni şey üzərində çalışır. İkisi də sürətli futbol tələb edir. Hər ikisi qol tələb edir. Yalnız taktiki sxemlərdə bəzi fərqlər ola bilər. Bu məşqçilərin rəhbərliyi altında oynamaq mənim üçün xoşdur. Hər iki mütəxəssisdən çox şey mənimsəyirəm.

0
0