“Xəzər Lənkəran”ın 3-cü məğlubiyyətsiz seriyası
05.10.2011 - 11:50
“Xəzər Lənkəran”ın 3-cü məğlubiyyətsiz seriyası
“Xəzər Lənkəran”ın məğlubiyyətsiz oyunlar seriyası başa çatıb. Apasport.az saytının məlumatına görə, komanda 201 gündən sonra yenə Premyer Liqa oyununda məğlubiyyət acısı dadıb.

Sonuncu dəfə ötən mövsümün XXIII turunda, “altılığ”ın martın 13-dəki ilk matçında səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” həmin gündən çempionatda heç kimə uduzmurdu. Bu seriya ötən mövsümün son 9, cari mövsümünsə ilk 7 görüşündə davam etdi. Lənkəranlılar məğlubiyyətsiz 16 oyunda yarısında qalib gəlib, yarısında heç-heçə edib. Bu matçlarda 23 qol vuran “Xəzər Lənkəran” 9 dəfə qapısında top görüb.
Bu seriyası ərzində 7 səfər matçına çıxan “Xəzər Lənkəran”a bu xoşbəxt rəqəmi “İnter”lə “Şəfa” stadionundakı görüşdə artırıb, 8-ə çatdırmaq mümkün olmayıb.

0:1 hesablı məğlubiyyət cənub təmsilçisinin 7 illik tarixində 3-cü məğlubiyyətsiz seriyanı rəsmiləşdirib. Belə ki, “Xəzər Lənkəran”ın 1 dəfə 21, 1 dəfə 19 oyunluq məğlubiyyətsiz seriyası olub. Lənkəran klubunun rekordu 2007-ci ildə gerçəkləşib. 2006/07 mövsümündə fevralın 16-da XV turda Bakıda “Neftçi”yə 0:1 hesabı ilə uduzan “ağ-yaşıllar” 2007/08 mövsümünün XI turunda noyabrın 10-da “Neftçi”yə bu dəfə Lənkəranda eyni hesabla məğlub oldu. “Xəzər Lənkəran” bu 2 məğlubiyyət arasında 21 çempionat oyununda yenilməz oldu.

19 oyunluq seriya da Lənkəranda “Neftçi”yə 0:1 hesabı ilə uduzmaqla başlayıb. Bu, 2005/06 mövsümünün XIII turunda, 2005-ci il dekabrın 12-də yaşanıb. Cənublular 2006/07 mövsümündə VIII turda 2006-cı il oktyabrın 22-də isə səfərdə “Karvan”a uduzub – 1:2. Bu 2 nəticə 19 oyun məğlubiyyətsizliyi əhatə edir.

201 günlük marafon: Məğlubiyyətdən məğlubiyyətədək

MövsümTarixTurRəqibYerHesab
2010/1113.03.201123AZAL(Bakı)s0:1
2010/1118.03.201124NEFTÇİ(Bakı)e1:1
2010/1102.04.201125BAKI(Bakı)s0:0
2010/1110.04.201126QARABAĞ(Ağdam)s0:0
2010/1116.04.201127İNTER(Bakı)e1:1
2010/1123.04.201128AZAL(Bakı)e3:0
2010/1130.04.201129İNTER(Bakı)s1:1
2010/1107.05.201130QARABAĞ(Ağdam)e1:1
2010/1113.05.201131BAKI(Bakı)e2:0
2010/1118.05.201132NEFTÇİ(Bakı)s1:1
2011/1206.08.20111SUMQAYITŞƏHƏRe2:1
2011/1214.08.20112AZAL(BAKI)s3:0
2011/1220.08.20113TURAN(Tovuz)e3:1
2011/1227.08.20114RƏVAN(Bakı)s1:1
2011/1210.09.20115NEFTÇİ(Bakı)e1:0
2011/1217.09.20116QARABAĞ(Ağdam)s1:0
2011/1223.09.20117QƏBƏLƏ(Qəbələ)e2:1
2011/1230.09.20118İNTER(Bakı)s0:1


Mənbə: lankaranfc.com