“Uğurlu gələcəyə Bakıdan başlamaq istəyirik”
05.10.2011 - 12:06
“Uğurlu gələcəyə Bakıdan başlamaq istəyirik”
“Azərbaycan və Qazaxıstanla oyunlarda xarakter nümayiş etdirməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya milli komandasının futbolçusu Sebastyan Prodl deyib.

Avro-2012-nin Azərbaycanla oktyabrın 7-də, Qazaxıstanla 4 gün sonra keçiriləcək seçmə oyunlarına çağırılan müdafiəçi baş məşqçi dəyişikliyi ilə yığmanın yeni mərhələyə qədəm qoyacağını düşünür.

O, Ditmar Konstantininin istefasından sonra müvəqqəti Villi Ruttensteynerə tapşırılan millinin yeni baş məşqçi Marsel Kollerin işə başlamasını gözləmədən uğur qazanmasını istəyir: “Biz Bakı və Astanadakı görüşlərdə favorit olduğumuzu göstərməliyik. Bu matçlarda yeni mərhələnin təməlini qoymaq, uğurlu gələcəyə bu 2 matçla başlamaq istəyirik”.

Qeyd edək ki, Prodl Almaniyanın “Verder” klubunun şərəfini qoruyur.