Azərbaycanlı hakimin idarə etdiyi oyunda dopinq qalmaqalı
05.10.2011 - 13:33
Azərbaycanlı hakimin idarə etdiyi oyunda dopinq qalmaqalı
1966-cı ildə dünya çempionatının finalında keçirilən İngiltərə - Almaniya oyunu ilə bağlı yeni qalmaqal ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, almanların 3 futbolçusu həlledici görüşdən öncə dopinq qəbul ediblər.

Bu gözlənilməz faktlar yenicə ortaya çıxıb. Berlindəki Qumbold Universitetinin nümayəndələri həmin dövrə aid məktub aşkara çıxarıblar ki, orada adı açıqlanmayan 3 futbolçudan istifadəsi qadağan olunan maddələri qəbul etməklə bağlı götürülən test nümunələrinin müsbət cavab verdiyi göstərilib.

Qeyd edək ki, ingilislərin vətənində 4:2 hesabı ilə qalib gəldiyi final oyunu böyük səs-küy doğurdu. Bu da almanlara vurulan 3-cü qolda topun qapı xəttini keçib-keçməməyi ilə bağlı müzakirələrlə bağlıdır. Oyunun azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun əlavə vaxtda həmin epizodda qolu saymaqla, bütün dünyanın diqqət mərkəzinə düşdü.