Aqil Nəbiyev: Millinin düşərgəsində qalmağım düzgün olmazdı
05.10.2011 - 13:45
“Mən yığmanın düşərgəsində deyiləm. Az öncə klubla məşq etdim, indi isə dincəlirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın futbolçusu Aqil Nəbiyev deyib.
Müdafiəçi oktyabrın ilk günündə yığmanın toplanışına dəvət edilsə də, sonradan adı siyahıdan çıxarıldı. Formada olmadığı üçün bu addımın atıldığını deyən Nəbiyev millinin baş məşqçisi Berti Foqtsla bu haqda danışdığını bildirib: “Həkim müayinə etdi, zədəli olduğumu gördü. Zədəli olduğum halda, yığmanın düşərgəsində qalmağım düzgün olmazdı. Bu, digər komanda yoldaşlarıma qarşı da hörmətsizlik olardı. Kiminsə haqqını tapdalaya bilmərəm. Ona görə də, toplanışdan ayrıldım”.
Klub haqda da danışan müdafiəçi ab-havanın tədricən yaxşılığa doğru dəyişdiyini vurğulayıb. O, komandanın turnir cədvəlindəki mövqeyindən narahat olduğunu qabardıb: “Məşqdə özümü yaxşı hiss edirdim. Ağrılarım yox idi. Ab-hava da tədricən düzəlir. “Bakı” ilə oyunda 3 xal qazanmalı idik. İndiki məqamda 1 xal xeyrimizə olmadı. Çünki bizə ancaq qələbə lazımdır”.
AZAL-ın turnir cədvəlindəki mövqeyinin ürəkaçan olmadığını qeyd edən futbolçu artıq geriyə yolun qalmadığını vurğulayıb: “AZAL-da oynadığım müddətdə komanda heç vaxt 9-cu pilləyə enməmişdi. Bu, heç də yaxşı mənzərə deyil. Artıq xal itirmək olmaz”

0
0