Jorj Leekens: Almaniya Bakıdakı kimi zəif oynasa...
05.10.2011 - 14:17
Jorj Leekens: Almaniya Bakıdakı kimi zəif oynasa...
“Əslində, mən möcüzələrə inanan adam deyiləm. Amma biz Polşa və Ukraynaya vəsiqə üçün sonadək vuruşacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika millisinin baş məşqçisi Jorj Leekens deyib.

Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan belçikalıların çalışdırıcısı qrup ikinciliyi uğrunda Türkiyə ilə sonadək mübarizə aparacaqlarını deyib: “Futbolçularıma da demişəm ki, ya oynayın, ya da oynaya bilmirsinizsə, Braziliya çimərliyinə gedib, kef edin! İndi bizim çox güclü komandamız var. Qarşımızı nə Fransa, nə İngiltərə, nə də İtaliya ala bilər. Əvvəl Qazaxıstan, sonra Almaniyanı məğlub etməliyik. Qrup ikincisi ola bilməsək də, vəzifəmiz bu 2 qarşılaşmada 6 xal qazanmaqdır. Çoxları Almaniyanı udacağımıza inanmır. Lakin onlar Bakıda oynadığı kimi zəif çıxış etsə, 3 xal qazanan biz olarıq”.

Qeyd edək ki, millimizin seçmə mərhələdə evdə aldığı yeganə məğlubiyyət Almaniya ilə görüşə (1:3) təsadüf edib.