“Neftçi”nin sabiq baş məşqçisi: Yaxşıca, qaza basmalıyam
05.10.2011 - 14:28
“Neftçi”nin sabiq baş məşqçisi: Yaxşıca, qaza basmalıyam
“Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela Slovakiyaya dəvət olunub. Apasport.az saytının məlumatına görə, 58 yaşlı çexiyalı mütəxəssis oktyabrın 7-də Avro-2012-in seçmə mərhələsində Slovakiya – Rusiya oyununu izləməyə yollanacaq.

Hər 2 ölkədə çalışmış Petrjela tanıdığı futbolçuları iş başında görəcək: “Mən bu oyuna getməyi düşünürəm. Hərçənd, ertəsi komandamın dünyanın o biri tərəfində oyunu var. Əgər görüşün keçirildiyi Jilinaya getsəm, ertəsi yaxşıca qaza basmalıyam. Oyunun necə nəticələnəcəyini demək çətindir. Rusiyada yaxşı futbolçu seçimi, Slovakiyada isə kadr problemi var. Ancaq iş həlledici matça gələndə, hər şey konkret 90 dəqiqədən asılıdır. Hamı düşünürdü ki, Rusiyada evdə slovaklara qalib gələcək, ancaq sonda hər tam əksinə oldu”.

Qeyd edək ki, Petrjela Slovakiyada azərbaycanlı futbolçu Aleksandr Səmədovun Rusiya yığmasında debütünün şahidi ola bilər.