“Azərbaycanı yenib, bu hədəfə yaxınlaşmaq ən böyük arzumuzdur”
05.10.2011 - 14:39
“Azərbaycanı yenib, bu hədəfə yaxınlaşmaq ən böyük arzumuzdur”
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Əli Aydınlar milli komandasının Avro-2012-in seçmə mərhələsində keçirəcəyi ilə son oyunlarla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, TFF rəhbəri başçısı oktyabrın 7-də Almaniya, 11-də Azərbaycan yığması ilə İstanbuldakı görüşdə uğurlu nəticə qazanacağına ümid edir.

Aydınlar bildirib ki, yalnız millisinin heyətində yer alanlar üçün deyil, bütün Türkiyə üçün ana hədəf Avro-2012-in final mərhələsində yer almaqdır: “Almaniya və Azərbaycanla oyunları qazanaraq, bu hədəfə yaxınlaşmaq ən önəmli arzumuzdur. Millimizin 2010-cu ilin sentyabrında Qazaxıstanla səfər oyunu ilə başladığı seçmə mərhələyə 4 gündə oynayacağımız 2 görüşlə yekun vuracağıq. Hər ikisində “Türk Telekom Arena”nın ev sahibliyi edəcəyi matçlarda 1-ci rəqibimiz olan Almaniya ilə ilk dəfə 1951-ci ildə görüşmüşük və arxada qalan 60 ildə 19 qarşılaşmamız olub. Ümid edirəm ki, oktyabrın 7-də qalib gəlməklə, Almaniya ilə oyunlarımızda 6 illik qələbəsizlik həsrətinə son qoyacağıq”.