Türkiyə millisinin azərbaycanlı rekordçusu
05.10.2011 - 15:02
Türkiyə millisinin azərbaycanlı rekordçusu
Türkiyə yığmasının Avro-2012-in seçmə mərhələsində rekordçusu əslən Azərbaycandan olan futbolçudur. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”da oynayan soydaşımız Sərvət Çətin cari seçmə mərhələdə oyun sayında vahid liderdir.

Sərvət 8 oyunun 7-də meydanda olub və görüşləri əvəzedilmədən keçirib. Bununla da, 30 yaşlı müdafiəçi 630 dəqiqə meydanda olub. Çətin yalnız Qazaxıstanla sentyabrın 2-də İstanbulda keçirilən görüşü (2:1) zədə üzündən buraxmaq məcburiyyətində qalıb.

Sərvətin ən yaxın izləyiciləri “Fənərbaxça”lılar – qapıçı Volkan Dəmirəllə yarımmüdafiəçi Əmrə Belözoğludur (hər ikisi 6 oyun, 540 dəqiqə).

33 nəfərlik siyahıya başçılıq edən Sərvət son rəsmi matçlara da çağırılıb və rekordunu soydaşları ilə oyunda rəsmiləşdirəcək. Belə ki, Türkiyə cari seçmə mərhələdə son görüşünü oktyabrın 11-də “Türk Telekom Arena”da millimizlə keçirəcək.