Avstriya yığmasının futbolçusu 3 oyunluq cəzalandırıldı
05.10.2011 - 15:16
Avstriya yığmasının futbolçusu Marko Arnautoviç Bakıya dilxor gəlir. Apasport.az saytının məlumatına görə, yığmasının heyətində milli komandamızla Avro-2012-in seçmə mərhələ görüşü ilə əlaqədar Bakıya səfərə hazırlaşan hücumçu 3 oyunluq cəzalanıb.
Ancaq bu, milli yox, klub səviyyəsində olub. Belə ki, Bundesliqanın Nizam-İntizam Komitəsi “Verder”də oynayan Markonu diskvalifikasiya edib. Buna səbəb onun ötən turda “Hannover”lə görüşdə hakimi itələməyi və nəticədə qırmızı vərəqə alaraq, meydandan qovulmağıdır.
Qeyd edək ki, Arnautoviç millimizə ötən ilki ev oyununda (3:0) etdiyi dublla böyük hesablı qələbəyə əsas pay sahibi oldu.

0
0