Vadim Vasiliyev: Mənə AFFA sahib çıxdı
06.10.2011 - 23:07
“İşsiz olanda heç kim mənə dəvət göndərmədi. Kimdənsə incimək fikrim yoxdur, bəlkə həmin vaxt onlara lazım olmamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və Bakının Neftçi klubunun sabiq hücumçusu Vadim Vasiliyev deyib.
Şəxsi problemlər səbəbindən futbolu bir müddət ikinci plana düşən veteran hücumçu yenə əvvəlki peşəsi ilə məşğuldur. Belə ki, o, AFFA-nın təşkil etdiyi elit məşqlərə rəhbərlik edən mütəxəssislərdən biridir.
Vasiliyevin fikrincə, AFFA onun əməyini kifayət qədər qiymətləndirib: Vaxtilə oynamışıq, indi də işləyirik. Hələ ki, aşağı yaş qrupları üzrə komandalarda çalışıram. Birdən birə əsas komanda barədə düşünmək istəmirəm. Bilirsiniz necədir, bir az işləyəndən sonra kənara atılmaq istəmirəm. İndi AFFA-dakı işimdən razıyam. Bu qurum mənə sahib çıxdı, qiymət verdi”.
Qeyd edək ki, Vadim Vasiliyev İqor Ponomaryovun dönəmində “Xəzər Lənkəran”da köməkçi məşqçi kimi çalışıb. Ponomaryov vitse-prezident postuna keçdikdən sonra Vasiliyev cənub klubundan birdəfəlik uzaqlaşdırılıb.

0
0