Rəqib hörmətsizlik, AFFA isə UEFA-ya şikayət etdi
06.10.2011 - 23:02
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Norveç matçı xoşagəlməz olayla başlayıb. Bu barədə apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
Belə ki, oyundan öncə ölkəmizin dövlət himni səslənən zaman norveçli futbolçular hörmətsizlik ediblər. Onlar himn səslənən zaman sakit durmaq əvəzinə, müxtəlif hərəkətlər ediblər ki, bu da AFFA-nın etirazına səbəb olub.
Nərimanoğlu bildirib ki, norveçli futbolçuların əməlləri barədə UEFA-ya məlumat veriləcək: “Bu barədə matçın hakim-inspektoru və UEFA nümayəndəsinə də məlumat vermişik. AFFA rəqibin bu hərəkətinə qarşı çıxır”.
Xatırladaq ki, millimiz həmin oyunu məğlubiyyətlə başa vurub.

0
0