Azərbaycan və Türkiyə jurnalistləri arasında yoldaşlıq görüşü keçiriləcək
06.10.2011 - 23:12
Oktyabrın 11-də Avro-2012-nin seçmə mərhələsində keçiriləcək Türkiyə - Azərbaycan matçından öncə meydana jurnalistlər çıxacaq. Apasport.az saytının xəbərinə görə, 2 ölkənin jurnalistləri arasında yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb.
Azərbaycan jurnalist komandasının heyətində yığmamızın “ay-ulduzlular”la matçına ezam olunan, eləcə də öz hesabına İstanbula yollanan media nümayəndələri olacaq. Türkiyə komandasının heyətində isə Əhməd Çakar başda olmaqla, digər həmkarlarımız və tanınmış futbolçu Hakan Ünsalın oynayacağı gözlənilir.

0
0