“Azərbaycan yığması yaxın gələcəkdə qələbə qazanacaq”
07.10.2011 - 08:53
“Azərbaycan yığması yaxın gələcəkdə qələbə qazanacaq”
“Çətin oyun oldu. Azərbaycan yığması texnikalı futbol nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, Norveç U-21 yığmasının baş məşqçisi Per-Yoar Hansen deyib.

Skandinaviyalı mütəxəssis Avro-2013-ün seçmə mərhələsinin Azərbaycanla Bakıdakı qarşılaşması haqda fikirlərini açıqlayıb: “Oyunçular bir-birini çox gözəl anlayırdı. Bu, ötürmələrin dəqiqliyindən hiss olunurdu. İnanıram ki, Azərbaycan yığması yaxın gələcəkdə qələbə qazanacaq”.

Qeyd edək ki, Norveç yığması qrupdakı 2-ci qələbəsini də 2:0 hesabı ilə qazanıb.