Vəli Qasımov: Seçdiyimiz taktika özünü doğrultdu
07.10.2011 - 09:00
Vəli Qasımov: Seçdiyimiz taktika özünü doğrultdu
“İlk rəqibimizin qrup oyunlarını təşkil edən ölkənin təmsilçisi olması işimizi bir qədər çətinləşdirən amil idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının (U-19) baş məşqçisi Vəli Qasımov deyib.

O, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-nin ilkin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – İsveç oyunundan sonra matç haqda fikirlərini bildirib: “Oyunun çətin keçəcəyini bilirdik. Amma müsbət nəticə qazanacağımıza inanırdıq. Seçdiyimiz taktika özünü doğrultdu və bunun nəticəsində layiqli qələbə qazandıq. Komandanın bütün üzvlərini təbrik edirəm”.

Qeyd edək ki, millimiz İsveçdə keçirilən qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.