Səlcuk Şahin Azərbaycana qarşı oynamayacaq
07.10.2011 - 09:39
Səlcuk Şahin Azərbaycana qarşı oynamayacaq
Türkiyə milli komandasının Avro-2012-in seçmə mərhələsində Almaniya və Azərbaycan yığmaları ilə oyunlara açıqladığı heyətdə dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”nın yarımmüdafiəçisi Səlcuk Şahin zədə səbəbindən ilkin heyətdən çıxarılıb. Məşqdə baldır əzələsinin darıtması nəticəsində ağrı hiss edən Səlcuk tibbi müayinədən keçirilib. Nəticədə onun zədəsinin yığmasının son 2 matçında meydana çıxmağına imkan vermədiyi müəyyənləşib.

Qeyd edək ki, Səlcuk vaxtilə yığmamızla görüşüb.