“Dalğa Arena”da 2 dəqiq zərbə
07.10.2011 - 09:47
Azərbaycan milli komandası (U-21) “Dalğa Arena”da uğursuz debüt edib. Apasport.az saytının məlumatına görə, Avro-2013-ün seçmə mərhələsində ilk ev oyununu Norveçə qarşı keçirən millimiz 0:2 hesabı ilə uduzmaqla yanaşı, bütün göstəricilərdə rəqibdən zəif olub.
90 dəqiqə ərzində rəqib qapısına cəmi 2 dəqiq zərbə endirən yığmamız ümumilikdə 9 dəfə qapı istiqamətində zərbə vurub. Həm ümumi, həm dəqiq zərbələrdə yığmamız skandinaviyalılardan geri qalıb. Künc zərbələrində də geri qalan Bernard Lippertin yetirmələri qayda pozuntusunda Norveçlə başabaş qalıb.

| Azərbaycan | Norveç | |
|---|---|---|
| 0 | Qol | 2 |
| 2 | Çərçivəyə zərbələr | 7 |
| 7 | Qeyri-dəqiq zərbələr | 4 |
| 5 | Künc zərbələri | 8 |
| 12 | Qayda pozuntuları | 12 |
| 2 | Sarı vərəqələr | 2 |
| 0 | Qırmızı vərəqələr | 0 |
0
0