“Neftçi” üzərində əlamətdar qələbə
17.10.2011 - 13:11
“Neftçi” üzərində əlamətdar qələbə
Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” ilə oyunundakı 1:0 hesablı qələbə “İnter”in baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis Azərbaycan karyerasında yubiley – 60-cı qələbəsini qazanıb.

2008-ci ildə “Standard”ı, 2009-cu ilin yayından indiyədək “İnter”i çalışdıran Sxadadze bu 2 klubu üst-üstə 125 matça çıxarıb. 60 qələbənin sevincini yaşayan mütəxəssis 33 dəfə heç-heçə ilə kifayətlənib və 32 məğlubiyyətə üzülüb.

Sxadadze bu qələbələrini 4 müxtəlif yarışda qazanıb. Belə ki, qalibiyyətlərin 46-na Premyer Liqa, 8-nə Azərbaycan kuboku, 5-nə “Birlik kubok”u, 1-nə isə Çempionlar Liqasında sevinib.