Azərbaycanlı hakim-inspektor elit-raundda
27.10.2011 - 10:09
Azərbaycanlı hakim-inspektor elit-raundda
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin D qrupunda keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.

İtaliyanın Padova şəhərində təşkil olunacaq bu qrupun oyunları noyabrın 17-dən 20-dək olan müddəti əhatə edəcək. Qrupda “Marka” (İtaliya), “Montesilvano” (İtaliya), “Slov-Matik” (Slovakiya) və “Uraqan” (Ukrayna) klubları mübarizə aparacaqlar.