Azərbaycan – Belçika oyununa necə baxmaq olar?
27.10.2011 - 10:54
Azərbaycan – Belçika oyununa necə baxmaq olar?
Azərbaycan yığmasının (U-17) Xorvatiyada keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyunu da canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, komandamız qrupda 2-ci görüşünü bu gün Belçikaya qarşı keçirəcək. Bakı vaxtilə saat 18:30-da başlayacaq matça affatv.az saytından canlı baxmaq mümkündür.

Qeyd edək ki, yığmamız qrupda ilk oyununda meydan sahiblərini 2:1 hesabı ilə məğlub edib.