İspaniya Primerosu Topaz-da
27.10.2011 - 10:56
İspaniya Primerosu Topaz-da
“Topaz” bu gün müştərilərinə 37 oyun təklif edir. Apasport.az saytının məlumatına görə, bunların arasında futbol üzrə 7 təkli, 1 xüsusi, 30 ekspress oyun yer alıb.

Proqramda basketbolsevərlər də yaddan çıxmayıb və 7 qarşılaşma oyunçuların ixtiyarına veriləcək. Təkli matçlar əsasən Türkiyə Spor Toto Liqası və İspaniya Primerosuna həsr olunub. Basketbolda isə Avroliqa oyunları təqdim edilib.

Türkiyənin ən maraqlı derbilərindən sayılan “Beşiktaş” – “Fənərbaxça” qarşılaşmasına isə xüsusi oyun açılıb. “İlk qol vaxti?”, “İlk qolu hansi komanda vuracaq?”, “Qırmızı kart sayı?”, “11 metrlik cərimə zərbəsi” kimi mərclər xüsusi oyun proqramında yer alıb.

Qeyd edək ki, ekspress oyunların sırasında Rusiyanın 1-ci divizionu ilə yanaşı, Norveç, İsveçrə, İspaniyanın Sequnda Liqası və digər ölkələrin kuboklarından da qarşılaşmalar mövcuddur.

Ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.