“Bakı” uduzdu, “Xəzər Lənkəran”dan növbəti qələbə
28.10.2011 - 18:55
“Bakı” uduzdu, “Xəzər Lənkəran”dan növbəti qələbə
Bu gün Premyer Liqada ilk dövrənin son turuna start verilib. Apasport.az saytının məlumatına görə, əyalətdə keçirilən hər 2 matç meydan sahiblərinin minimal fərqli qələbəsi ilə nəticələnib. “Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli 3 gün öncə “Neftçi” ilə təxirə salınan oyunda etdiyi avtoqolun əvəzini “Bakı” ilə görüşdə hesabı açmaqla çıxıb. Qonaqlar fasiləyə az qalmış latviyalı hücumçusu Marius Verpakovskisin sayəsində tarazlığı bərpa edə bilsə də, ağdamlılar yenidən hesabda irəli çıxa bilib. “Qarabağ”a qələbəni Rəşad Sadiqov 2-ci hissənin əvvəlində vurduğu qolla qazandırıb.
Lənkərana yağan güclü yağış oyunun keçirilməyini sual altına salsa da, matç baş tutub. Hər halda, qazonun pis, sürüşkən vəziyyətdə olmağı oyuna öz mənfi təsirini göstərdi. “Xəzər Lənkəran”ın sloveniyalı hücumçusu Deyan Rusiç ötən tur “Bakı” ilə səfər oyununda (2:2) vurduğu qolla komandasını məğlubiyyətdən xilas etdisə, bu dəfə “Gəncə” ilə ev oyununda qələbə topunun müəllifi oldu.

"XƏZƏR LƏNKƏRAN" - "KƏPƏZ" - 1:0
QOL: Dejan Rusiç, 34
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Habil Əliyev, Vüsal Əliyev
Lənkəran. Şəhər mərkəzi stadionu
Lənkərandakı oyunların balansı: 3 oyun: +2=1-0 (topların fərqi 4-1)
2004/05 – 2:0, 2005/06 – 1:1, 2010/11 – 1:0 (təsnifat)

"QARABAĞ" - "BAKI" - 2:1
QOLLAR: Admir Teli, 9; Rəşad Sadiqov, 49 - Maris Verpakovskis, 36
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Vaqif Musayev, Elnur Muradov
Ağdam. Quzanlı Olimpiya İdman Kompleksinin stadionu
“Qarabağ”ın ev oyunlarının balansı: 15 oyun: +3=5-7 (topların fərqi - 13-20)
1997/98 – 0:1, 1998/99 – 2:1 (təsnifat), 0:2 (“altılıq”), 1999/00 – 0:0, 2000/01 – 0:1, 2003/04 – 0:1, 2004/05 – 2:0, 2005/06 – 2:4, 2006/07 – 1:1, 2007/08 – 1:1, 2008/09 – 0:2, 2009/10 – 0:0 (təsnifat), 1:4 (“altılıq”), 2010/11 – 2:0 (təsnifat), 2:2 (“altılıq”)

 KomandaOQHMQollarXallar
1Xəzər Lənkəran1182117-726
2Qarabağ1162315-1020
3Neftçi1061315-919
4İnter105328-618
5Bakı1144312-1016
6Qəbələ1043312-1115
7Rəvan1034313-1313
8Kəpəz1133515-1712
9Turan103168-1310
10AZAL1024411-1410
11Simurq102257-128
12Sumqayıt Şəhər100373-143