“Xəzər Lənkəran” – “Kəpəz” matçı baş tutmaya bilər
28.10.2011 - 12:49
Premyer Liqada XI turun “Xəzər Lənkəran” – “Kəpəz” matçının keçirilməsində problem yaranıb. Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyevin Lent.az-a verdiyi məlumata görə, bir neçə gündür aramsız yağan yağışlarlar üzündən meydançanın ot örtüyü su altında qalıb.
Yağışlar dayanmadığından, drenaj sistemi suyu tam “həzm edə” bilmir. Bu isə ot örtüyünün vəziyyətinə təsirsiz ötüşməyib. Hacıyevin fikrincə, belə şəraitdə oyunun təşkili mümkün deyil.
Lakin direktorun sözlərinə görə, AFFA nümayəndəsi Ramiz Abdullayev matçın baş tutmasında israrlıdır: “Abdullayev Peşəkar Futbol Liqası ilə əlaqə saxlayıb. Ona deyiblər ki, oyun keçirilməlidir. İnşallah, görüş baş tutacaq. Hər halda komandalar oyuna çıxacaqlar. Matçın gedişində hansı qərarın veriləcəyini isə deyə bilmərəm”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Kəpəz” matçı saat 18:00-da başlanacaq.

0
0