AFFA Rusiya Futbol İttifaqının təklifinə “yox” cavabı verdi
28.10.2011 - 12:54
Rusiya Futbol İttifaqı (RFİ) “Birlik kuboku” turnirində iştirakla bağlı AFFA-ya müraciət edib. Bu haqda apasport.az saytına müsahibəsində assosiasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.
RFİ az öncə “Birlik kuboku”nun formatında köklü dəyişikliyə əl ataraq, turnirdə klubların əvəzinə 21 yaşadək (U-21) milli komandaların iştirakını məqsədəuyğun sayıb. Bu səbəbdən ölkəmizi yarışda almaniyalı mütəxəssis Bernard Lippertin baş məşqçisi olduğu U-21 komandamız təmsil etməlidir.
Məmmədov bildirib ki, bir sıra amillər yanvarda keçiriləcək turnirdə yığmamızın iştirakına imkan vermir: “Rusiya Futbol İttifaqından bizə rəsmi məktub gəlib. Biz artıq həmin müraciətə mənfi cavab vermişik. Çünki yanvarda bizim öz planlarımız var: təlim-məşq toplanışları, yoldaşlıq görüşləri və sair. Bildiyiniz kimi, klublarımızın əksəriyyəti qış fasiləsində müxtəlif xarici ölkələrdə təlim-məşq toplanışında olacaqlar”.
Baş katibin sözlərinə görə, təşkilatçılar “Birlik kuboku”nun formatının dəyişdirilməsi ilə bağlı AFFA-ya gec məlumat verib: “Bundan başqa, hansı komandaların ora gələcəyini bilmirik. Biz təşkilatçılarla əlaqə saxlamışıq. Hələ məlum deyil ki, turnirə klublar gələcək, yoxsa yığmalar? Milli komandalar olarsa, dəqiq hansı gələcək? Bu da çox vacibdir. Çünki “Birlik kuboku”ndan 20 gün əvvəl Qranatkinin xatirəsinə həsr olunan turnir keçiriləcək. Təbii ki, Rusiyada ənənəvi keçirilən bu turnirdə böyük məmnuniyyətlə iştirak edəcəyik. Çünki son 3 ildə bunu edirik”.
Məmmədov bu səbəblərdən Sankt-Peterbuqrda keçirilməsi nəzərdə tutulan yarışda iştirakın reallaşmağının çətin olacağını bildirib: “Fikrimiz bildirmişik ki, yarışa qısa vaxt qalıb və artıq hazırlıq proqramımız bəllidir. Təbii ki, biz bu məsələni klublarla da müzakirə etməliyik”.
Mehman SÜLEYMANOV

0
0