Almaniyalı baş məşqçi - keyfiyyət nişanı!
28.10.2011 - 13:05
Son illərdə Azərbaycan futbolunda almaniyalı məşqçilərin çoxluğu diqqət çəkir. Lakin bu heç də bizimkilərin bu ölkəyə rəğbəti ilə bağlı deyil. Apasport.az saytının məlumatına görə, Ukrayna mətbuatı legioner baş məşqçilərə həsr olunan araşdırma yazısında alman mütəxəssislərin səviyyəsindən bəhs edib. Həmkarlarımız dünyada ən çox milli komandanı məhz almaniyalının çalışdırmasını vurğulayaraq, bunu alman keyfiyyəti ilə izah edib.
Hazırda dünyada ən çox arzulanan məşqçilər almaniyalılardır. İndi müxtəlif yığma və klublarda 35 baş məşqçi ilə təmsil olunan ölkənin daha 31 məşqçisi köməkçi kimi çalışır.
12 ölkədə isə əsas milli komandaya alman rəhbərlik edir. Bunlar Yoahim Löv (Almaniya), Ottmar Hitsfeld (İsveçrə), Yurgen Klinsmann (ABŞ), Holqer Osiek (Avstraliya), Bernd Ştanqe (Belarus), Gernot Ror (Qabon), Otto Pfister (Trinidad və Tobaqo), Berti Foqts (Azərbaycan), Teo Byuker (Livan), Mixaylo Vayss (Filippin), Falko Qets (Vyetnam), Vinfred Şaferdir (Tailand).
Yığmamızın hazırkı, “Bakı”nın sabiq baş məşqçisi Şaferlə yanaşı, almaniyalıların Estoniyanın U-21 (Frank Bernhart), Lüksemburqun U-17 milliləri ilə də (Tobias Zelle) almanın çalışdığını qeyd edən ukraynalılar bizim U-21-dəki Bernard Lippert və U-16 ilə U-15-ə rəhbərlik edən Nikolay Adama heç toxunmayıb da.
Ukraynalılar almaniyalıların xarici klublarda o qədər çoxluq təşkil etmədiyini, bu göstəricidə 3 yığmaya rəhbərlik edən italiyalıların öndə olduğunu da açıqlayıb.
Apeninlilər Avropada 51 kluba başçılıq edir. Bu göstəricidə geridə olan Almaniyanın 1 təmsilçisi Bernhard Raabın hazırda “Sumqayıt Şəhər”i çalışdırdığını da qeyd edək.
Qeyd edək ki, həmkarlarımızın araşdırmasında baş məşqçi ixracındakı favoritlər Almaniya ilə İtaliya kimi digər ölkələrin də xaricdəki təmsilçiliyinə toxunulub.

0
0