“İclasdan öncə fikir söyləmək etikaya sığmır”
28.10.2011 - 16:33
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi
- İcraiyyə Komitəsinin növbəti iclasında əsas müzakirə mövzusu Berti Foqtsun milli komandanın baş məşqçisi postunda qalıb-qalmayacağı olacaq. AFFA rəhbərliyi bu məsələ ilə bağlı nə düşünür?
- AFFA rəhbərliyi Berti Foqtsun son illərdəki işi ilə bağlı təhlillər aparır və İcraiyyə Komitəsinin iclasında bununla bağlı müvafiq qərar qəbul olunacaq.
- Təhlillər nəyi göstərir: Foqtsun qalmaq şansı böyükdür, yoxsa?
- Hələlik təhlillər aparılır. Təbii ki, İcraiyyə Komitəsinin qərarı 3 istiqamətdə ola bilər. Yəni, ya Foqts qalması, ya yeni əcnəbi, ya da yerli mütəxəssisin təyinatı. Bu 3 istiqamətdə müvafiq qərar qəbul olunacaq. Amma hələlik Foqtsun işi ilə bağlı təhlil gedir. Bildiyiniz kimi, o, 2008-ci ilin mayından milli komandamızın baş məşqçisi vəzifəsindən çalışır. AFFA rəhbərliyi Foqtsun işindən kifayət qədər razıdır. Bildiyiniz kimi, onun vaxtında futbolumuzda rekord qeydə alındı. Bu, milli komandamızın seçmə mərhələdə ilk dəfə 5-dən çox – 7 xal yığmağı oldu. Ancaq növbəti illərdə hədəfimiz daha da yaxşı nəticələr, daha çox xal qazanmaq və rəqiblərə ciddi, layiqli müqavimət göstərməkdir.
- Foqts 2 seçmə mərhələdir millimizdə işləyir. Debütdə topladığı 5 xalla rekorda şərik, ikincidə 7 xalla yeni rekordçu oldu. Bu, o deməkdir ki, nəticələrini yaxşılaşdıran almaniyalı mütəxəssisin postunda qalmaq şansı çoxdur? AFFA-nın İcraiyyə Komitəsi çıxaracağı qərarda buna söykənə bilərmi?
- Mən bunu demək istəmirəm. Çünki bu, İcraiyyə Komitəsinin yekun fikri ola bilər. Ona görə də buna şərh verməyim düzgün deyil. Hansısa mesaj göndərmək düzgün olmaz.
- Sizin AFFA-nın baş katibi kimi, Foqtsun millimizdəki gələcək taleyi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Bu barədə İcraiyyə Komitəsinin iclasından öncə fikir söyləmək etikaya sığmır.
- AFFA prezidenti Rövnəq Abdullayev hələ sentyabrda bildirmişdi ki, Foqtsun taleyi seçmə mərhələnin son 2 oyunundakı nəticələrdən asılıdır. Avstriya və Türkiyə ilə həmin görüşlərin nəticəsi isə almaniyalı məşqçi üçün uğursuz alındı...
- Hesab edirəm ki, hər bir rəsmi oyun baş məşqçinin gələcək işinə təsir göstərir. Ancaq təbii ki, biz təhlil aparanda, tək 2 rəsmi oyunu nəzərə almırıq. Ümumilikdə, son seçmə mərhələnin təhlili aparılır. Çünki bundan əvvəlki seçmə mərhələnin təhlili aparılmışdı və müqavilənin uzadılmağı ilə bağlı qərar qəbul edilmişdi. Hal-hazırda biz yalnız son yox, bütün seçmə mərhələnin oyunlarının təhlil edirik.
- Foqtsdan kifayət qədər narazı olanlar var. 7 xal millimiz üçün rekord olsa da, postsovet məkanı təmsilçilərinin daha yaxşı nəticə göstərməyi əsas götürülür. Misal üçün, Estoniya pley-offa çıxdı, Ermənistan isə 17 xal topladı. Komandamızın daha yaxşı şəraitə malik olduğu halda, həmin nəticələrin yoxluğu düşünməyə əsas verirmi?
- Bu gün futbol ancaq maliyyə imkanlarından asılı deyil. Biz bu gün Azərbaycan futbolunda sağlam təməl qoymalıyıq və ancaq əsas yığmamızın nəticəsinə görə vuruşmuruq. İstəyirik ki, futbol kütləviliyini təmin edək, infrastrukturu yaradaq və futbol təhsilini artıraq. Bu, məşqçilərə, hakimlərə və sair aiddir. Ona görə yalnız əsas yığmaya görə qiymət verməyək. Hesab edirik ki, məsələyə belə yanaşmaq düzgün deyil. Təbii ki, hər bir insanı, azarkeşi yalnız milli komanda maraqlandırır. Ancaq biz ümumi, bütün Azərbaycanda olan futbol hərəkətinə görə məsuliyyət daşıyırıq. Bu səbəbdən ümumi futbolun inkişafını düşünürük. Biz gələcəkdə sağlam futbolun olmasının təməlini bu gün qoyuruq. Son 3 ildə bu təməl qoyulub. Hesab edirik ki, AFFA-nın əvvəl qeyd etdiyimiz 3 prioriteti yönündə yetərincə uğurlu nəticələr göstərib. Belə davam etsə, bir neçə ildən sonra Azərbaycanda güclü milli komanda, güclü klublar olacaq və beynəlxalq yarışlarda bizi uğurla təmsil edəcəklər. Gəlin, biz özümüzü qonşu ölkə ilə müqayisə etməyək. Çünki milli komandalarla müqayisə edəndə, gərək qrupdakı rəqibləri də müqayisə edək. Bunu isə heç kəs etmir. Bundan başqa, hesab edirəm ki, özümüzü daha güclü komandalarla müqayisə etməliyik. Yəni pley-offa çıxmayanlarla yox, artıq final mərhələsinə vəsiqə qazanan komandalarla. Hədəfimiz Azərbaycan futbolunda stabilliyin olmağıdır və bununla da inkişafa doğru gedək. Əsas odur. 2008-ci ildə düşünürdük ki, milli komanda harada məşq etsin. Hal-hazırda bu problemlər aradan götürülüb. Əvvəllər klublarda bazalar yox idi. Ancaq indi nə qədər baza tikilib. “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələ” klublarının bazası var. AZAL yeni stadion tikib. Bunlar hamısı son vaxtlar əldə edilib. Bunun nəticəsini həm biz, həm də klublar bir neçə ildən sonra görəcəyik. Gənclər həmin akademiyalarda, bazalarda məşq edir, oynayır, inkişaf edirlər. Təbii ki, bunlar nəticə göstərəcəklər. Götürək 17 yaşlılardan ibarət yığmamızı. Biz nə vaxt düşünə bilərdik ki, bu yığma güclü Xorvatiyaya qarşı səfərdə inamlı oyun göstərib, qalib gələcək. U-19 elit-raunda keçə bilmədi, bir az bəxti gətirmədi, ancaq çox gözəl oyun nümayiş etdirdi. Ev sahibi İsveçə qarşı layiqli mübarizə aparıb, 3 xal qazandı. Yavaş-yavaş nəticələrimiz olacaq.
- U-17 və U-19-da inkişaf olsa da, təəssüf ki, U-21-də bunu görmürük. Bu komanda yığmalar arasında nəticə baxımından ən geridə qalandır. Halbuki, baş məşqçi almaniyalı Bernard Lippert 4 ildə yaxındır ölkəmizdə işləyir...
- Çox gözəl sual verdiniz. Lippert Azərbaycana U-17-in baş məşqçisi kimi gəlmişdi. Komandamız həmin il eli-raunda vəsiqə qazandı. Növbəti il Lippert U-19-un baş məşqçisi oldu və yenidən elit-raunda vəsiqə qazandı. Biz bunu unutmuruq, unutmamalıyıq da. Bundan başqa, U-21 2000-09-cu illərdə qələbə qazanmamışdı, uduzurdu, qol da vura bilmirdi. Biz bunu nə tez yadımızdan çıxartmışıq? U-21 2 ildə elə inkişaf elədi ki, milli komandaya 8 futbolçu verdi. Millimizdəki indiki futbolçuların əksəriyyəti U-21-dən çıxan futbolçulardır. Bu, o deməkdir ki, U-21-dən milliyə gedən bu körpü işləyir, keçid yaxşı olur. Deməli, sistem düzgün qurulub. Bundan başqa, hazırda millimizdə oynayan Ufuk Budak Lippertin vaxtında U-21-ə gəlib, yoldaşlıq görüşündə çıxış edib, özünü göstərib, U-21-dən milliyə göndərdik. Ufuk demək olar əsas yığmada dərhal adaptasiya oldu və çox inamlı oyun göstərdi. Onun oyunu futbol mütəxəssisləri, ictimaiyyət tərəfindən çox bəyənilir. U-21 cari seçmə mərhələdə çətin qrupa düşüb. Ancaq son oyunda Belçika ilə 2:2 hesablı bərabərlik edərək, ilk xalını qazandı. İnanıram ki, həmin qrupda daha çox qazanacağıq.
- Bir sözlə, AFFA Lippertin işindən razıdır...
- O, təkcə U-21-in baş məşqçisi vəzifəsini daşımır, AFFA-da bütün yığmalar üzrə texniki direktordur. Bu, o deməkdir ki, bizdə seleksiya işləri çox geniş şəkildə inkişaf olunur, regionlarda iş görülür, mərkəzləşdirilmiş sistem yaradılıb. “Elit-məşq” layihəsindən heç kim danışmır. Ancaq bu layihə bir neçə ildən sonra öz nəticəsini göstərəcək. Həftədə 2 dəfə ən istedadlı futbolçular seçilir, klubların gənc komandaların oynayanlar dəvət olunurlar. AFFA-nın Texniki Departamenti tərəfindən mütəmadi olaraq məşqlər keçirirlər. Yəni bunlar həqiqətən də gözümüzün qabağında olsunlar və onların inkişafına nəzarət edək. Bəli, buna görə biz Lippertin işindən razıyıq.
Mehman SÜLEYMANOV

0
0