Qurban Qurbanov 69-la kifayətlənmədi
28.10.2011 - 16:26
Premyer Liqanın XI turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin futbolçuları “Bakı” üzərində qələbə (2:1) qazanmaqla, baş məşqçilərinə yubiley qələbəsi ediblər.
Bu matçadək Premyer Liqada baş məşqçi kimi keçirdiyi 128 qarşılaşmanın 69-da 3 xala sevinən Qurbanov Quzanlıda 70-ci uğura sevinib. Artıq 129 çempionat matçında 70 qalibiyyəti olan mütəxəssisin qələbə faizi 54,3-ə bərabərdir.
Qeyd edək ki, Qurbanov bu qələbələrdən 19-nu “Neftçi”, 51-ni “Qarabağ”ın baş məşqçisi kimi əldə edib.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0