Yığmamızın futbolçusu əvəzedicilərə qələbə qazandırdı
28.10.2011 - 16:45
Yığmamızın futbolçusu əvəzedicilərə qələbə qazandırdı
Bu gün əvəzedici heyətlərin Azərbaycan çempionatında XI turun 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Neftçi” “Turan”ı darmadağın etməklə, liderliyə ələ keçirib.

Ancaq bu, çox qısa müddətli olub və “Qəbələ” zirvədəki mövqeyini qaytara bilib. Düzdür, qəbələlilər buna imkan verən qələbəni çətinliklə əldə edib. Qələbə topunun müəllifi milli komandamızın hücumçusu Murad Hüseynov olub. Əsas komandada heyətə düşməkdə çətinlik çəkən gənc futbolçu əvəzedicilərdə oyun praktikası qazanır.

28 oktyabr

"Neftçi" - "Turan" – 5:1
Nicat Qurbanov, 29, 51, İlham Allahverdiyev, 49, 65, Elşən Abdullayev, 59 - Rəşad Piriyev, 35

“Qəbələ” – “Simurq” – 1:0
Murad Hüseynov, 53

aKomanda O Q H M Qollar Xallar
1"Qəbələ" 11 8 1 2 17-9 25
2 "Neftçi" 11 7 2 2 28-16 23
3 "Kəpəz" 11 5 3 3 18-14 18
4 AZAL 10 5 2 3 18-10 17
5 "İnter" 10 5 1 4 12-10 16
6 "Qarabağ" 11 5 1 5 18-20 16
7 "Turan" 11 4 2 5 21-24 14
8 "Simurq" 11 3 3 5 14-25 12
9 "Rəvan" 10 3 3 4 11-16 12
10 "Sumqayıt Şəhər" 10 3 1 6 14-17 10
11 "Bakı" 11 3 1 7 24-26 10
12 "Xəzər Lənkəran" 11 2 2 7 12-22 8

Bombardir: Ağabala Ramazanov (“Neftçi”) – 8



Qeyd edək ki, tura sabah keçiriləcək “Sumqayıt Şəhər” – AZAL və “Rəvan” – “İnter” oyunları ilə yekun vurulacaq.