“Bu gün “Qarabağ” qələbəni daha çox istədi”
28.10.2011 - 16:51
“Oyun sürətli və maraqlı olduğu qədər, həm də gərgin keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”la oyundan sonra “Bakı”nın baş məşqçisi Aleksandr Starkov deyib.
Ağdam klubunun xüsusilə cinahlarda fəallıq göstərdiyini söyləyən latviyalı çalışdırıcı “Qarabağ”ın qələbəyə layiq olduğunu bildirib:
“Qarabağ” oyun ərzində daim nəzarəti əldə saxladı. Rəqib xüsusilə cinahlarda bizdən üstün oldu. Məhz bu mövqelərdə rəqibə uduzduq. Düzdür, bizim də Çesnauskis və Verpakovskislə imkanlarımız oldu. Ancaq mən belə düşünürəm ki, bu gün “Qarabağ” qələbəni daha çox istədi”.
0
0